Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı Rusiya hərbi bazasını özbaşına və əli silahlı tərk edərək ağır cinayət törədən hərbçi Valeri Permyakovun məhkəmə prosesi keçirilib.
Teleqraf.com news.am-a istinadən xəbər verir ki, Permyakov yanvarın 12-də Avetisyanlar ailəsinin 6 üzvünü, o cümlədən 2 yaşlı qız və doqquzaylıq oğlan uşaqlarını öldürməkdə ittiham olunur.
Bu cinayət işi ayrıca icraata götürülüb və Ermənistan Xüsusi İstintaq Komitəsinə təqdim edilib. Gümri hərbi bazasında başlanan məhkəmə prosesinə Rusiya 5-ci Hərbi Qarnizon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən Aleksandr Şeldyayev sədrlik edir.
Məhkəmədə qətlə yetirilən ailənin təmsilçiləri və vəkilləri də iştirak edir. Prosesə jurnalistlər buraxılmayıb.
Samir