İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının döyüşçüləri Xorvatiya vətəndaşını edam edib.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə terrorçular sosial şəbəkədə məlumat yayıb. Bildirilir ki, girov Misirdə başı kəsilərək, öldürülüb.
Edam yerli sakinlərin gözü önündə həyata keçirilib.
Qeyd edək ki, terrorçular Misir hökumətini saxlanılan İŞİD döyüşçülərini azad etməyə çağırıb və bunun üçün onlara 48 saat vaxt verib. Tələblərinin yerinə yetirilmədiyi təqdirdə isə İŞİD döyüşçüləri girov saxladığı Xorvatiya vətəndaşını öldürəcəklərini bildiriblər.
Samir