Oxşar xəbərlər
ABŞ prezidenti Barak Obama iyun ayının 3-də Varşavada Ukraynanın yeni prezidenti Pyotr Poroşenko ilə görüşəcək.
Publika.az - ın verdiyi xəbərə görə, bu barədə “Kommersant” qəzeti özünün diplomatik mənbələrinə istinadən yazıb.
Barak Obamanın Avropa turnesi 2 iyunda başlanır. Onun Polşadan başqa Belçika və Fransaya da gedəcəyi bildirilir.
Ukraynanın yeni seçilmiş prezidenti isə ABŞ-dan hərbi yardım istəyib. “Vaşinqton Post” qəzetinə müsahibə verən P. Poroşenko Ukraynanın müstəqilliyi uğrunda sonadək mübarizə aparmağa hazır olduğunu bildirib. O qeyd edib ki, indiki mərhələdə Ukraynanın müstəqilliyinin qorunması üçün ABŞ-ın hərbi yardımına ehtiyacı var.