13 Avqust 2015 09:15
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin şimaldakı Tianjin şəhərində silsilə partlayışlar ən azı 42 nəfərin ölümünə və 400 insanın yaralanmasına səbəb olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, partlayışlar şəhərin liman hissəsində təhlükəli və kimyəvi malların saxlanıldığı anbarda baş verib. Ölənlərdən 4-ü yanğınsöndürən olub.

Sosial mediada paylaşılan foto və videolarda alovlar və binaların dağıldığı görüntülənib.

Çin prezidenti Xi Jinping yanğının qarşısının alınması və qurbanların xilası üçün lazımi bütün tədbirlərin görülməsi ilə bağlı tapşırıq verib. Hadisənin dəqiq səbəbləri məlum deyil.

Samir


Müəllif:

Oxşar xəbərlər