13 Avqust 2015 09:39
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin sülhməramlı əsgərləri Mərkəzi Afrikada cinayət törətməkdə ittiham olunurlar.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Beynəlxalq Əfv Təşkilatı Mərkəzi Afrika Respublikasında BMT sülhməramlılarının ata və kiçik yaşlı oğlunu öldürdüyünü, 12 yaşındakı bir qız uşağına isə təcavüz etdiklərini bildirib.

BMT-nin baş katibi Pan Gi Moon iddialardan təəssüf hissi keçirdiyini və cinayətin detallı şəkildə araşdırılacağını deyib.

Qeyd edək ki, BMT-nin sülhməramlı əsgərləri mühakimə etmək səlahiyyəti yoxdur. Bu səlahiyyət ancaq əsgərlərin vətəndaşı olduğu ölkələrə məxsusdur.

Samir


Müəllif:

Oxşar xəbərlər