ABŞ-ın sabiq prezidenti Cimmi Karterə qaraciyər xərçəngi diaqnozu qoyulub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Karter özü məlumat verib. Həkimlər xəstəliyi Karterin qaraciyərində cərrahiyə əməliyyatı apararkən müəyyən ediblər.
Qeyd edək ki, 1977-1981-ci illərdə ABŞ prezidenti olmuş Cimmi Karterin 2014-cü ilin oktyabrında 90 yaşı tamam olub. O, tanınmış ictimai xadim, Nobel mükafatı laureatıdır.
Samir