14 Avqust 2015 09:34
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan paytaxtı Afinada hökumət tərəfindən qəbul edilən 3-cü yardım paketinə qarşı aksiya keçirilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, solçuların təşkil etdiyi aksiya zamanı nümayiş işçitakçıları partlament binası önünə toplaşıblar. Onlar "Yeni barbar memoranduma yox deyirik", "Böhranı oliqarxlar ödəsin", "Avropa Birliyi ilə Beynəlxalq Valyuta Fondunun memorandumlarına yox" və "Rədd olsun memorandum və neoliberal siyasətçilər" şüarlarını səsləndiriblər.

Polis parlamentin binası önündə təhlükəsizlik tədbirlərini gücləndirib. Gecə boyu davam edən aksiya zamanı bir neçə fəalın saxlandığı açıqlanıb. Təhlükəsizlik işçilərinin verdiyi məlumaat görə, onlar qanunsuz olaraq, binaya daxil olmağa cəhd ediblər.

Qeyd edək ki, 86 milyard avro məbləğindəki 3-cü yardım paketi ilə bağlı qanun layihəsi bu gün Yunanıstan parlamentində səsverməyə çıxarılacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər