15 Avqust 2015 00:38
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hüquq mühafizə orqanlarının 5 min əməkdaşı və təxminən 3 min hərbçi tanınmamış Donetsk və Luqansk Xalq Respublikasının tərəfinə keçib".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Ukraynanın baş hərbi prokuroru Anatoli Matios bildirib. Onun sözlərinə görə, onlardan bəziləri hazırda Rusiya tərəfindən ilhaq edilmiş Krımdadırlar: "Bizdə separatçıların tərəfinə keçmiş şəxslərin tam siyahısı var. 5 min hüquq mühafizə orqanı əməkdaşı və təxminən 3 min hərbçi ilə bağlı dəlillər toplanır. Onlar məsuliyyətə cəlb ediləcəklər".

Qeyd edək ki, ötən həftə Ukraynanın hərbi prokurorluğu bildirib ki, antiterror əməliyyatı ilə Luqansk, Donetsk, Xarkov və Zaporoje vilayətlərində cinayət işlərini araşdıracaqlar.

Samir


Müəllif:

Oxşar xəbərlər