ABŞ prezidenti Barak Obama məzuniyyətlə bağlı planlarını bölüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” qəzeti yazıb. Preziden istirahətinin 16 gününü Martas Vaynyard rezidensiyasında kitab oxuyaraq keçirəcək.
Obama 2 həftə ərzində 6 əsəri bitirmək niyyətindədir: "Mövcud olan hər şey" Ceyms Solter, "Bizə görünməyən bütün işıq" Entoni Dorr, "Altıncı ölüm" Elizabet Kolbert, "Alçaqlıq" Cumpa Laxiri, "Dünya və mənim aramda" Ta-Nexisi Kouts və "Vaşinqton: Həyat" Ron Çernou. Nəşriyyat hesablayıb ki, hər bir kitabın oxunmasına prezidentin 2 gün yarım vaxtı gedəcək. Obama avqustun 7-dən ailəsi ilə məzuniyyətdədir.
Rüstəm