15 Avqust 2015 08:15
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Şinzo Abe avqustun 14-də keçirdiyi mətbuat konfransında II Dünya müharibəsi zamanı Yaponiyanın hərəkətlərindən ziyan çəkənlərin hamısından üzr istəyib.

Yaponiyanın II Dünya müharibəsində təslim olmasının ildönümü ərəfəsində çıxış edən Baş nazir deyib: “Bizim ölkəmiz ötən dünya müharibəsində hərəkətlərinə görə dərindən dərk edərək və bütün qəlbi ilə dəfələrlə üzr istəyib” .

Şinzo Abe əlavə edib ki, həmin tarixi məsələ ilə əlaqədar hökumətin mövqeyi dəyişməz olaraq qalır və bu hissləri konkret hərəkətlərlə göstərmək üçün biz həmişəlik olaraq Asiya xalqlarının - qonşularımızın əzablarını qəlbimizdə daşıyırıq.

Bununla yanaşı, Baş nazir bildirib ki, keçmişin konfiliktlərinə cəlb edilməyən gənc nəsil üzr istəmək yükünü daimi olaraq daşımamalıdır: “Biz imkan verməməliyik ki, bu müharibə ilə heç bir əlaqəsi olmayan uşaqlarımız, nəvələrimiz və bütün gələcək nəsil üzr istəmək məcburiyyətində qalsın”.

1995-ci il avqustun 15-də sabiq Baş nazir Tomiiçi Murayama II Dünya müharibəsinin başa çatmasının 50 illiyi ilə bağlı məşhur çıxışında etiraf etmişdi ki, müharibə zamanı Yaponiyanın hərəkətləri başqa xalqlara, o cümlədən Asiya dövlətlərinə böyük ziyan vurub.

Bundan sonra onun bu hərəkətini Yaponiyanın sabiq Baş naziri Zyuniçiro Koizumi 2005-ci ildə təkrar etmişdi.

İndiki Baş nazir Şinzo Abe dəfələrlə Çin və Koreya Xalq Demokratik Respublikası tərəfindən II Dünya müharibəsində Yaponiyanın cinayətlərini yumşaltmaq cəhdlərinə görə tənqid edilib.

1945-ci il avqustun 15-də İmperator Hirohito xalqa müraciət edərək Yaponiyanın məğlub olduğunu bəyan etmişdi. Yaponiyanın müharibədə məğlubiyyətini formal şəkildə təsdiq edən sənəd isə 1945-ci il sentyabrın 2-də ABŞ-ın Tokio körfəzindəki “Missuri” gəmisinin göyərtəsində imzalanmışdı.


Müəllif:

Oxşar xəbərlər