15 Avqust 2015 22:34
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəstə körpəsini tək qoyaraq sevgisi ilə sevişən ana uşağının ölümünə səbəb olduğu üçün hakim qarşısına çıxarılıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə İngiltərədə baş verib. Məhkəmə 32 yaşlı Yvonne Adkins adlı qadına 18 ay həbs cəzası verib. Cəza qadının 18 ay nəzarətdə saxlanılması şərtilə iki il təxirə salınıb.

Üç aylıq körpəni beşikdə qoyan Adkinsin ikinci mərtəbədə viski içib sevişdiyi adamla iki həftə əvvəl avtobus dayanacağında tanış olub.

Doqquz saat ərzində xəstə körpə tək qoyan ananın cinsi əlaqə sonrası yatıb qaldığı və qızın öldüyünün səhər fərqinə vardığı qeyd edilib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər