ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının Suriya və İraqdakı mövqelərinə hava hücumu təşkil edib.
Telerqaf.com ria.ru-ya istinadən xəbər verir ki, 31 hava hücumundan 8-i Suriya ərazisinə endirilib. Hücumlarda əsas hədəf İŞİD-in nəzarətində olan hərbi bazalar, anbarlar və zirehli texnikalar olub.
Rəsmi məlumatlara görə, aviazərbələr nəticəsində çoxlu sayda terrorçu zərərsizləşdirilib.
Samir