29 May 2014 12:58
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara Respublika Prokurorlu]u tərəfindən Fətullah Gülən haqqında başladılan istintaq işi genişləndirilir.

İstintaqı Prokurorluğun Konstitutsional Nizama qarşı Cinayətlər Şöbəsi icra edir. Prokurorluq Gülənə qarşı olan məhkəmə proseslərini yenidən araşdırır. Prokurorluq Güləni “Türkiyə Cümhuriyyəti Hökumətini məhv etmək məqsədi ilə təşkilat yaratmaq, idarə etmək və çevrilişə cəhd etmək” iddiaları ilə istintaq işi aparır.

Prokurorluğun Güləni ittiham etdiyi cinayətlərdən bəziləri bunlardır:

Hökuməti devirib yerinə şəriət qanunlarının işlədiyi bir İslam diktaturası qurmaq.

Bu məqsədinə çatmaq üçün beynini yuduğu gənclərdən istifadə etməyi planlaşdırdı. Ölkə daxilindəki və xaricindəki təhsil müəssələrini bu məqsəd üçün vasitə olaraq istifadə etdi.

Bəzi siyasi partiya, bəzi şəxs və bəzi dövlət məmurları tərəfindən qəbul edildiyi üçün onlardan sui-istifadə etdi.

Dini siyasi fiqur olaraq onu gündəmdə saxlayan şübhəli maliyyə dəstəyinə sahibdir.

Əlində olan olan vəqf, məktəb, universitet və hazırlıq kurslarından istifadə edərək təhsilli gənclərdən ibarət bir təbəqə yaratdı. Və həmin gəncləri dövlətin bütün nazirliklərinə - xüsusən də Təhil nazirliyi və Daxili İşlər Nazirliyinə sızdırdı.

Seçilmiş tələbərə qarşı beyin yumaq üsulundan istifadə etdi. Təhsil sahəsində dövlətdən də iraəli imkanlara sahib oldu.

Türkiyə Silahlı Qüvvələrinə sızmaq siyasətini davam etdirdi.

Loyal və modern imici ilə siyasi partiyalara nüfuz etdi.

Hərəkatı bölgə imamı, şəhər imamı, məhəlllə imamı, ev imamı kimi qeyri-leqal quruluşla bütün ölkəni hörümçək toru kimi cənginə aldı.

Bütün dövlət orqanlarında, yerli idarəçiliklərdə, vətəndaş cəmiyyətində təşkilatlandı.

Dövlət idarəçiliyini ələ keçirmək üçün bütün orqanlara tərəfdarlarını gətirilməsini təmin etməklə təşkilatlandı /Publika.az/


Müəllif: