15 Avqust 2015 11:37
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əl Qaidə" terror təşkilatının keçmiş lideri Usame bin Ladenin oğlu Həmzə terrorçu qruplaşmaya müraciət edib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, o müraciətində "Əl Qaidə" döyüşçülərini dərhal Qərb ölkələrinə hücum etməyə çağırıb.

Səs yazısı formasında yayımlanan müraciət sosial şəbəkədə paylaşılıb. Hazırda Həmzənin yeri məlum deyil. Polis səs yazısının həqiqətən ona aid olduğunu araşdırır.


Samir


Müəllif:

Oxşar xəbərlər