29 May 2014 12:56
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün ölkənin hərbi qüvvələrinin "EFES-2014" adı altında keçirilən təlimlərini müşahidə edib.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı "TRT Haber" telekanalı xəbər yayıb.

Təlimləri Türkiyənin müdafiə naziri İsmət Yılmaz və Baş Qərargah rəisi Necdət Özəl də izləyib.

Təlimlərdə 50 təyyarə, 40 helikopter, 70 kater, 60 tank, 100 artilleriya silahı, 1100 təkərli və tırtıllı nəqliyyat vasitəsi iştirak edib.

Təlimlər iyunun 5-də başa çatacaq.

Bu, cari ay ərzində Türkiyədə keçirilən sayca ikinci hərbi təlimdir. Mayın 21-də Türkiyə HDQ-nin gəmiləri Egey dənizində "Bəyaz fırtına-2014" adlı təlimlərə başlayıblar.


Müəllif: