İran xarici işlər naziri Məhəmməd Cavad Zərif gələn həftə Türkiyəyə səfər edəcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, avqustun 11-də Türkiyə səfərini təxirə salan Zərif Livana gedib və burada görüşlər keçirib.
Səfərin təxirə salınmasını Zərif belə izah edib: "Türkiyəyə səfərin qısamüddətli olacaqdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda, baş nazir Əhməd davudoğlu is Ankarada idi. Bu qısa müddətdə hər iki görüşü keçirmək qeyri-mümkün idi".
Samir