16 Avqust 2015 08:22
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin bütün ərazisini cənginə almış anomal istilər son bir həftədə 93 nəfərin həyatına son qoyub. Misir Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, istidən ölənlərin böyük əksəriyyəti ahıl yaşda olan insanlardır.


Qeyd edilir ki, təkcə son sutka ərzində 11 nəfər istidən ölüb, halı pisləşən onlarca insan tibb müəssisələrinə yerləşdirilib.

Ekspertlər ölkə sakinlərinə küçədə olmamağı və imkan daxilində kondisionerli binalardan istifadə etməyi məsləhət görürlər.


Müəllif:

Oxşar xəbərlər