Sensasiyalı açıqlamaları və irqçi sözləri ilə tanınan Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq istəyən Donald Tramp yenə sərt seçki açıqlamaları verib.
Axar.az xəbər verir ki, Tramp NBC kanalına verdiyi açıqlamasında ölkədəki bütün qeyri-qanuni miqrantları zorla da olsa uzaqlaşdıracağını bildirib.
Onun sözlərinə görə, prezident seçiləcəyi təqdirdə Barak Obamanın dövründə icra olunan ABŞ-a uşaq yaşlarında valideynləri tərəfindən gətirilən qanunsuz miqrantların ölkədən çıxarılmasını qadağan edən qanunu ləğv edəcək.
“Getməyə ölkəsi olmayanları belə deportasiya edəcəyik. Getməyə məcburdular. Pis insanları geri qaytarmaq istəyirik”, - Tramp deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Tramp çıxışında Meksikadan gələn miqrantları təcavüzkar adlandıraraq ABŞ-a narkotik və cinayət gətirdiklərini bildirmişdi.