16 Avqust 2015 23:27
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyada xilasedicilər bir müddət əvvəl yerlə əlaqəsi kəsilən və göyərtəsində 54 nəfərin olduğu sərnişin təyyarəsinin qalıqlarını tapmağa müvəffəq olublar.

“Report” xəbər verir ki, bu barədə bazar günü keçirdiyi mətbuat konfransında ölkənin Nəqliyyat Nazirliyinin nümayəndəsi məlumat verib.

İlkin məlumatlara görə, təyyarə Cayapurdan istiqamət aldığı Oksibil şəhərindən təqribən 25 km aralıda dağa çırpılıb. Ərazi çətin keçilə bilən olduğundan, xilasedicilər havanın qaralması və hava şəraitinin pis olması səbəbindən axtarış-xilasetmə işlərini vaxtından əvvəl dayandırmalı olublar.

Qəzanın baş verdiyi əraziyə getmək üçün ən azı 3-4 saat tələb olunur.


Müəllif:

Oxşar xəbərlər