Liviya ordu qüvvələri Sirt şəhərində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı döyüşçülərinə qarşı hücuma keçib.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, döyüşlər zamanı 50 terrorçu öldürülüb, onlarla İŞİD döyüşçüsü yaralanıb.
Yerli qüvvələr arasında itki olmayıb. Hücumdan sonra İŞİD terrorçuları şəhərin bir hissəsinə nəzarəti itiriblər.
Qeyd edək ki, ötən həftə terrorçuların Sirtə hücumu zamanı 170 dinc sakin öldürülüb.
Samir