Bu il sentyabrın 11-də Moskvada MDB-nin İqtisadi Şurasının 67-ci toplantısı keçiriləcək.
"Report" MDB-nin saytına istinadən xəbər verir ki, toplantıda birliyin 2020-ci ilədək iqtisadi inkişaf strategiyası ilə bağlı tədbirlər planının üçüncü mərhələsinin (2016-2020-ci illər) layihələri müzakirə ediləcək.
İclasda MDB-nin maliyyə-büdcəsi, təşkilati və başqa məsələlərin müzakirə olunacağı gözlənilir.