Teleqraf.com-un xəbərinə görə, o, bu əməlinə görə məhkəmə qarşısına çıxarılıb. Məhkəmə isə Cəlal Yılmazın həbsxanaya göndərilməsinə qərar verib.
Məlumata görə, Cəlal Yılmaz bir gün əvvəl gecə saat 01.00 radələrində 155 polis "qaynar xətt"inə zəng edib və İstanbulda motosiklet sürücüsü Əhməd Sülüşoğlunu tapançasıyla vurduğunu bildirib.
Silahıyla təslim olan Yılmaz ifadəsində polis yoldaşıyla avtomobillə evinə gedərkən yolda yaranan mübahisə səbəbindən evinin yaxınlığında motosiklet sürücüsünun onun yolunu kəsdiyini bildirib. Burada mübahisə davam edib.
Motosiklet sürücüsünün daha sonra silah çəkdiyini deyən Yılmaz özünü müdafiə etmək üçün onu vurduğunu deyib.
Hadisə yerindən motosiklet sürücüsü Əhməd Sülüşoğlunun tapançası tapılıb.
Hadisə ilə əlaqədar istintaq davam edir.
Nihad