Banqladeşdə velosiped oğurladığı üçün yaxalanan 13 yaşlə uşaq linç edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, kənd sakinləri uşağı ağaca bağlayıb, çubuqla əl və ayaqlarına zərbələr endiriblər. Velosipedi oğurladığını etiraf edən 13 yaşlı uşaq kənd sakinlərinə yalvarmağa başlasa da, bunun xeyri olmur. Bəzi şəxslər isə kənarda duraraq, uşağa qarşı bu amansızlığa gülürlər.
Yayılan məlumatlara görə, hadisə nəticəsində oğlanın 64 sümüyü qırılıb.
Samir