Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi hüsit qiyamçılar qrupu tərəfindən bu ölkənin Yəməndəki səfirliyinin binasının tutulmasını və səfirliyin əməkdaşlarının oradan qovulmasını pisləyir.
Əmirliyin WAM informasiya agentliyi Xarici İşlər Nazirliyinin bəyanatını yayıb. Sənəddə deyilir: “Bu hadisə bir daha göstərir ki, hüsilər beynəlxalq konvensiyaları və diplomatik normaları nəzərə almır, bu sənədlərə hörmət etmir və cəngəllik qanunları üzrə yaşayırlar”.
Əmirliyin xarici siyasət idarəsi diplomatik nümayəndəliyin binasının dərhal azad olunmasını və əməkdaşların oraya qaytarılmasını tələb edir. Məlumatda vurğulanır: “Bu cinayət beynəlxalq hüququn və diplomatik əlaqələr haqqında Vyana konvensiyasının çox kobud şəkildə pozulmasıdır”.