Türkiyə polisi İzmirdə Fətullah Gülən məktəblərində əməliyyat keçirib.
Axar.az xəbər verir ki, Şəlalə və Səma tədris ocaqlarında saxta sənədlə təhsilini davam etdirməkdə şübhəli bilinən 8 nəfər saxlanıb. Bundan əlavə, şübhəli şəxslər sırasında daha 20 nəfərin adı keçir. Onların xeyriyyə adı altında pul topladıqları da iddia edilir.
Polis 30 məktəbdə yoxlamalar aparıb ki, onlardan biri - Yamanlar kollecində Fətullah Gülənin şəxsi otağı təsbit olunub.