İran İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı əməliyyat keçirmək istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərədə nəşr olunan “İndipendent” qəzeti məlumat yayıb.
Qəzet bunun üçün iranlı diplomatların sünni ölkələrdə lobbi fəaliyyəti həyata keçirdiyini bildirib.
Qəzetə danışan iranlı diplomat deyib ki, İran İŞİD-ə qarşı mübarizəyə qoşulsa, terror təşkilatı məğlubiyyətə uğrayacaq. Diplomat həmçinin hazırda İraq və Suriya arasında sərhəd qalmadığını və İŞİD-in bu bölgələrdə qətliam törətdiyini qeyd edib.
Yayılan məlumatda İranın şiə milislərə yardım etdiyi və bunu rəsmiləşdirmək istədiyi açıqlanıb.
Samir