19 Avqust 2015 17:03
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Türkiyə ilə sərhədindəki Kamışlı şəhərində kürd təhlükəsizlik qüvvələrinə hücum olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində azı 13 nəfər həyatını itirib, 50-i isə yaralanıb.

Bununla bağlı Suriya İnsan Haqları Təşkilatı açıqlama verib. Məlumatda çoxlu sayda zirehli maşının partladıldığı açıqlanıb.

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Samir


Müəllif:

Oxşar xəbərlər