Prezident Barak Obama rəhbərlik etdiyi Ağ Evdə insan resursları vəzifəsinə işləmək üçün transseksual Raffi Freedman-Gurspanı işə götürülüb.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bununlada ilk dəfə transseksual olan şəxs Ağ Evdə işə girib.
Obamanın müşavirlərindən Valerie Carrett, Freedman-Gurspanın transseksual hüquqları mövzusundakı baxışlarının Ağ Ev rəhbərliyinin fikirləri ilə üst-üstə düşdüyünü bildirib.
Freedman-Gurspanın Ağ Evdə işə götürülməsi LGBT haqları baxımından da müsbət istiqamətdə atılmış addım kimi qiymətləndirilib.
LGBT haqları sahəsindəki digər bir xəbər isə ABŞ Müdafiə Nazirliyi Pentaqondan gəlib.
Pentaqondan transseksualların orduda xidmət etməsini qadağan edən qanunu yenidən nəzərdən keçiriləcəyi bildirilib.
Ağ Ev də Pentaqonun açıqlamasının müsbət qarşılandığı qeyd edilib.
Rüstəm