19 Avqust 2015 20:13
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Almaniya Bundestaqı Yunanıstana yeni maliyyə yardımı paketini müzakirə etməyə başlayıb.

İclasın əvvəlində Almaniyanın maliyyə naziri Volfqanq Şoyble birmənalı olmasa da, bu qərarı dəstəkləməyə çağırıb. O etiraf edib ki, qərarın lehinə də, əleyhinə də səs verməyin siyasi və iqtisadi səbəbləri var. Bu zaman təkcə Yunanıstana deyil, həm də bütün Avropaya yeni yardım göstərilməsinin əhəmiyyətini vurğulayan nazir xatırladıb ki, Yunanıstan parlamenti kreditorların israr etdikləri islahatların keçirilməsinə artıq razılıq verib.

“Deutsche Welle” (“Alman dalğası”) xəbər verir ki, bu məsələ bir gün əvvəl parlament fraksiyalarında müzakirə edilib. İlkin səsvermədə kansler Angela Merkelin mühafizəkar XDİ/XSİ blokundan olan 311 deputatdan 56-sı yunanlara üçüncü yardım paketi əleyhinə çıxış edib. Amma bu, Bundestaqda səsvermənin nəticələrinə təsir göstərməyib. XDİ/XSİ-nin tərəfdaşı olan Almaniya Sosial Demokrat Partiyasından yalnız iki nəfər qərarın “əleyhinə” səs verib. Bundan əlavə, “yaşıllar” da bəzi şərtlərlə hökumət koalisiyası partiyalarını dəstəkləyir.

Gözlənildiyinə görə, bu gün axşam, avrozona ölkələrinin yeni yardım paketi bəyəniləndən sonra maliyyə nazirləri telefon konfransı keçirəcək və Yunanıstana 26 milyard avro ayrılmasını bəyənəcəklər. Maliyyə yardımının üçüncü paketi ümumən 86 milyard avro təşkil etməlidir. Sabaha Afina Avropa Mərkəzi Bankına 3,4 milyard avro ödəməlidir.

/Azərtac/


Müəllif:

Oxşar xəbərlər