19 Avqust 2015 21:35
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada öldürülən müxalifət lideri Boris Nemtsovun qızı Janna Nemtsova atasının qətli ilə bağlı Rusiya istintaq komitəsinin Çeçenistan prezidenti Ramzan Kadırovu dindirməkdən imtina etdiyinə görə məhkəməyə müraciət edib.

ANS-in məlumatına görə, bu haqda Jannanın vəkili Vadim Proxorov açıqlama verib. Rusiyanın Basman rayon məhkəməsi Janna Nemtsovanın müraciətini nəzərə alacağını bildirib. Müraciətdə həmçinin vəkil, Şelkov rayonunun daxili işlər rəyisi Vaxi Geremeyev, “Cənub“ Batalyonunun komandiri Alibek Delimxanov, dövlət dumasının deputatı Adam Delimxanov və Federasiya Şurasının üzvü Süleyman Geremeyevin də dindirilməməsinin qanunsuz olduğu bildirilir.

Bu şəxslərin dindirilməsi haqqında iddia 22 aprel tarixində qaldırılmışdı. Keçmiş istintaq qrupunun rəhbəri general mayor İqor Krasnıy bu iddianı qismən yerinə yetrib, yəni o “Cənub” batalyonunun komandiri Geremeyevi dindirməyə razı olub. İndi isə onun yeri heç kəsə məlum deyil. Digər şahidlərin dindirilməməsinin səbəbi isə vəkillərin həmin şəxslərin dindirilməsinə yetərli səbəbin olmaması və onlara hansı sualların verilməsinin aydın olmaması göstərilib. Nemtsovun uşaqlarının vəkillərinin sözlərinə görə, bu insanların dindirilməməsinə səbəb onların maddi vəziyyəti, həmin şəxslərlə qohumluq əlaqələri ilə bağlı olmasıdır.

Çeçenistan prezidenti Ramzan Kadırov isə bildirb ki, Nemtsovun ölümü ilə bağlı şahid qismində çıxış etməyə razı olduğunu bildirib. “Mən böyük məmnuniyyətlə məhkəmədə şahidlik edə bilərəm. Heç bir problem yoxdur. Əgər mərhumun uşaqları bunu istəyirlərsə, mən buna hazıram”, deyə Ramzan Kadırov bildirib. Rusiyalı diplomat Boris Nemtsov bu il fevralın 28-də axşam saatlarında Rusiyada naməlum şəxslər tərəfindən güllələnib. Onun işi ilə bağlı 5 nəfər həbs olunub. Aparılan istintaqın nəticələrinə görə, qətlin icraçısı Zaur Dadaev, digər 4 nəfər isə qətlin icrasında ona kömək ediblər.


Müəllif:

Oxşar xəbərlər