Bu gün Parisin Elm və Sənaye Muzey Kompleksində güclü yanğın baş verib. Binanın 6 mərtəbəsi alovla əhatələnib.
Trend-in məlumatına əsasən, bu barədə “Figaro” qəzeti xəbər yayıb.
Məlumatda bildirilir ki, alov 6 min kvadrat metrdən çox sahəyə yayıla bilər. Hadisə yerində 120-dən çox yanğınsöndürmə briqadası çalışır.
Yanğın hələlik lokallaşdırılmayıb.
“Frans Press” agentliyinin məlumatında yanğın nəticəsində 2 nəfərin xəsarət aldığı bildirilir. Həlak olan yoxdur.
Yanğının səbəbləri hələlik məlum deyil.