Çinin Sinçuan əyalətində yaşayan 44 yaşlı kişi Tanrı tərəfindən seçildiyini iddia edərək cinayət törətməyə çalışıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, o, Tanrının ona fahişələrin günahlarını qanla təmizləməyi tapşırdığını bildirib. Cinayətkar “ilahi” əmri yerinə yetirmək üçün otelə yüngül əxlaqlı qadın çağırıb.
O, əvvəlcə qadının soyunmasını istəyib. Qadın soyununca 44 yaşlı kişi onun paltarlarını götürüb və bıçaqla ona hücum edib. Qışqırıq səslərinə gələn mehmanxana əməkdaşları qadını ölümdən xilas ediblər.
Əqli problemləri olan 44 yaşlı kişi oğurluqda da ittiham olunub.
Hadisə ilə bağlı istintaq davam edir.
Rüstəm