Cənubi Koreya Şimali koreya ilə atışmadan sonra qərb sərhədlərindəki əhalini evakuasiya edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən verilən məlumatda qeyd edilib ki, Şimali Koreyanın açdığı atəşə artilleriya zərbələrilə cavab verilib.
Bildirilir ki, Cənubi Koreya bu addımların qarşısını almaq üçün Şimali Koreyaya 48 saat vaxt verib. Bu müddət ərzində tələbləri yerinə yetirilmədiyi təqdirdə iki ölkə arasında müharibə başlayacaq.
Samir