20 Avqust 2015 23:52
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstanda qeydiyyata alınan, amma sonradan Avropa İttifaqının digər ölkələrinə qeyri-qanuni üz tutan 6 min qaçqın bu ölkəyə geri göndərilə bilər.

İlin əvvəlindən Bolqarıstandan Brüsselə gəlmiş qaçqınlar tərəfindən 5616 müraciət daxil olub. Onların çoxu Bolqarıstanda qeydiyyata alınıb və bu ölkədə qaçqın statusu almalı idilər. Lakin onlar qeyri-qanuni yollarla Bolqarıstanı tərk edib Avropa İttifaqının digər ölkələrinə üz tutublar. Qaçqınların böyük hissəsini Almaniya geri göndərəcək. Bu ölkədən geri göndəriləcək şəxslərin sayı 2966 nəfərdir. Bundan başqa, Avstriya və Fransa da müvafiq olaraq 1135 və 241 qaçqını geri qaytaracaq.


Müəllif:

Oxşar xəbərlər