Türkiyə terrorla mübarizədə üstünlük qazandı
Türkiyənin həyata keçirdiyi anti-terror əməliyyatları PKK terror təşkilatını zəiflədib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Türkiyə hərbi ekspertləri məlumat verib. Onların sözlərinə görə, PKK yenidən güclənmək üçün Türkiyə hökuməti ilə sözdə atəşkəs bağlamaq niyyətindədir. Ancaq Türkiyənin xüsusi xidmət orqanları PKK ilə atəşkəsə razılaşmayacaqlarını açıqlayıblar. Onlar atəşkəsin PKK-ya vaxt qazandıracağını və bu zamanın Türkiyənin ziyanına işləyəcəyini bildiriblər.
PKK-ya qarşı yaxın günlərdə 12 regionda xüsusi genişmiqyaslı hərbi əməliyyatlar başlanacaq.
Qeyd edək ki, əməliyyatlar başlanan gündən döyüşlərdə 440 terrorçü öldürülüb, 417-i isə sağ ələ keçirilərək, həbs olunub.
Samir