20 Avqust 2015 20:06
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Əl-Cəzirə Araşdırmalar Mərkəzinin Baş Tədqiqatçısı doktor Fatima Ahmad Alsmadi Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Bakı ofisinin qonağı olub. Bu barədə Teleqraf.com-a Fonddan məlumat verilib.

Avqustun 30-a qədər Bakıda səfərdə olacaq doktor F.Ahmadın səfərinin məqsədi “Azərbaycan və Körfəz ölkələri arasında əlaqələr, həmçinin Azərbaycanın regional əlaqələri və xüsusilə də, İran-P5+1-lə ( İran- BMT-nin daimi 5 üzvü və Almaniya) nüvə razılaşmasından sonra, Azərbaycanın Qafqazda və Xəzər dənizi regionunda gələcək rolu” mövzusunda tətqiqat işinin aparılması ilə bağlıdır.

Görüş zamanı BAMF-nin sədri Umud Mirzəyev xanım Fatima Ahmadı təşkilat haqqında məlumatlandırıb.

Sonra Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, BAMF-nin sədri Umud Mirzəyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin iştirakı ilə baş tutan görüşdə bir sıra mövzular müzakirə edilib, tərəflər arasında fikir mübadiləsi aparılıb. Doktor F.Ahmadın tədqiqat mövzusuna dair bir sıra mütəxəssilərlə görüşlərin keçiriləcəyi planlaşdırılıb.

Qeyd edək ki, Mərkəz 2006-cı ildə yaradılıb. Hazırda regional və qlobal səviyyələrdə olan məsələlərlə bağlı araşdırmalar aparır. Mərkəzin tədqiqat gündəliyində əsasən, Ərəb dünyası və ətraf regionların geopolitik və strateji inkişafı ilə bağlı məsələlərə diqqət yetirilir. Əl-Cəzirə Şəbəkəsinin analitik bir qolu kimi, mərkəz tədqiqatlar aparılması və təşkilat üçün müvafiq, yüksək biliklərin qurulması üçün səylər göstərir.


Müəllif:

Oxşar xəbərlər