Yunanıstan Baş naziri Aleksis Tsipras istefa verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, növbəti seçkilərin sentyabrın 20-də keçiriləcəyini bildirib: "Daha güclü bir hökumət qurmaq üçün istefamı prezidentə təqdim etməyə gedirəm. Sizdən də güclü bir hökumət qurmaq üçün dəstək gözləyirəm".
Tsiprasın qərarına Siriza partiyasından təxminən 40 millət vəkilinin son qurtarma paketinin əleyhinə səsverməsi səbəb olub.
Tsipras sözlərini şair Nazim Hikmətin şeiri ilə yekunlaşdırıb:
Ən gözəl dəniz:
Hələ gedilməyəndir.
Ən gözəl uşaq:
Hələ böyüməyib.
Ən gözəl günlərimiz:
Hələ yaşanmayıb.
Və sənə söyləmək istədiyim ən gözəl sözlər:
Hələ demədiyim sözdür.
Xatırladaq ki, 300 üzvlü Yunan Parlamentində hökumətin qurtarma paketinə dəstək verən vəkillərin sayı 118 idi. Bazar ertəsi müvəqqəti hökumətin başına Yunanıstan Ali Məhkəməsinin sədri Vasiliki Thanunun gətiriləcəyi bildirilib. Qeyd edək ki, Vasiliki Tanu Yunanıstanın ilk qadın baş naziri olacaq.
Samir