İsrail ordusuna məxsus helikopter Suriyanın Holan Təpəsindəki Kuneytra rayonunu bombardman edib.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hücumda əsas hədəf raronda olan hökumət binaları olub. Rəsmi məlumatlara görə, hadisə nəticəsində Kuneytrada olan bir sıra binalar dağıdılıb.
Ölən və xəsarət alanlarla bağlı məlumat verilməyib.
Samir