22 Avqust 2015 09:16
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan prezidentinin köməkçisi Raşid Dostumun olduğu avtomobil karvanına Taliban silahlıları hücum edib.


Publika.az xarici mediaya istinadən xəbər verir ki, özbək əsilli generalın mühafizəçiləri ilə baş verən qarşıdurmada Talibanın 8 döyüşçüsü öldürülüb.


Xeyli sayda Taliban üzvünün sağ ələ keçirildiyi bildirilir. Rəşid Dostumun özü isə zərər çəkməyib.

Qeyd edək ki, özbək general 2014-ci ildə prezident seçkisində Əşrəf Qənini dəstəkləyib. Qəninin prezident seçilməsindən sonra onun birinci köməkçisi olub.


Müəllif:

Oxşar xəbərlər