Ədalət və İnkişaf Partiyasının (AKP) Diyarbəkir əyalət şöbəsi qərargahının binasına partlayıcı atılması nəticəsində bir polis yaralanıb.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb. Məlumatda bildirilib ki, əyalətin Kayapınar rayonunda yerləşən qərargahının binasına naməlum şəxslər iki partlayıcı tullayıb.
Partiyanın əyalət şöbəsinin sədri Məhəmməd Akar deyib ki, bu, son bir ayda qərargahın binasına edilən üçüncü basqındır.
Hadisədən sonra təhlükəsizlik əməkdaşları binanı nəzarətə alıb.