Türkiyənin Van şəhərində Kapıköy sərhəd keçid məntəqəsində işləyən 10 məmur və bir sürücü itkin düşüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin İranla sərhəd qapısı olan Kapıköydən iş bitdikdən sonra Vana yola düşən 11 nəfər müəmmalı şəkildə yoxa çıxıb.
Bəzi məlumatlarda şəxslərin PKK terrorçuları tərəfindən qaçırıldığı iddia edilir. Hazırda polis bölgədə axtarış işlərinə başlayıb.
Samir