İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) xəstəliyindən əziyyət çəkən şəxslərdən kamikadze kimi istifadə edir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu günə qədər həyata keçirilən terror hücumlarında öldürülən İŞİD döyüşçülərinin cəsədlərinin müayinəsi zamanı onlardan 16-nın QİÇS xəstəsi olduğu aydınlaşıb. Onların hamısı qadınlardır.
İŞİD-dənqaçan və İraqda saxlanılan iki qahirəli qadının da müayinə zamanı QİÇS-ə yoluxduğu məlum olub. Onlar Kobani xəstəxanasında karantində saxlanılır. Bu faktları həmin qadınlar da təsdiq edib.
Samir