Şimali və Cənubi Koreya rəhbərliyi aralarındakı gərginliyi azaltmaq üçün danışıqlara razılıq verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, danışıqlar iki ölkəni ayıran demilitarizasiya zonasında - Pxanmuncomedə yerli vaxtla saat 18:00-da keçiriləcək.
Hər iki tərəfdən yüksək rütbəli nümayəndələr müzakirələrdə iştirak edəcək.
Qeyd edək ki, gərginlik Cənubi Koreya ərazisində 11 illik fasilədən sonra yenidən anti-kommunist təbliğatının başlamasından sonra yaranıb. Bu addımdam sonra Şimali Koreya qonşu dövlətin sərhədyanı ərazilərini atəşə tutub. Cənubi Koreyanın Müdafiə Nazirliyi bildirir ki, Şimali Koreyanın hərbi hissəyə açdığı atəşə artilleriya zərbələrilə cavab verilib.
Samir