22 Avqust 2015 15:26
5 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentina gənc qızın məruz qaldığı ağlasığmaz təcavüzdan danışır.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, 16 yaşlı gənc qız "şeytan çıxarma" ayini zamanı bir qrup tərəfindən təcavüzə məruz qalıb. Sonra onun öz bacısı tərəfindən gözləri çıxarılıb. Hazırda gənc qız xəstəxanada ağır vəziyyətdədir.

"Mirror" qəzetinin məlumatına görə, hadisə Argentinanın Çako bölgəsində baş verib. Ailə qızının ruhuna "cin girdiyini" düşünüb. Qızı xilas etmək üçün kömək axtarıblar. Gənc qızın bacısı “cinin çıxarılması” üçün ona əzab verilməsinin lazım olduğunu deyib. O, bunu etmək üçün kənddə yerləşən din mərkəzindən bıçaq götürüb. Bir qrup tərəfindən əvvəlcə qıza təcavüz olunub. Daha sonra bacısı qızın gözünü çıxarıb.

Polis ayində iştirak edənlərin axtarışını davam etdirir. Müstəntiq Pablo Almiron "22 illik karyeramda belə bir hadisə ilə ilk dəfə qarşılaşıram " deyib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər