Səudiyyə Ərəbistanı Krallığında qadınlar ilk dəfə olaraq həm namizəd, həm də seçici olaraq 12 dekabr bələdiyyə seçkilərində iştirak edə biləcəklər.
Bu ölkənin rəsmi informasiya agentliyinin – SPA-nın yaydığı xəbərə görə, qadınların qeydiyyatı onlar üçün xüsusi olaraq yaradılan seçki dairələrində aparılacaq. Ölkədə 1163 seçki dairəsinin 424-ü qadınlar üçün nəzərdə tutulur.
Səudiyyə Ərəbistanında qadınlar 2005-ci və 2011-ci ildə keçirilən bələdiyyə seçkilərində iştirak etməyib. Sabiq Kral Abdullah Bin Abdulaziz 2011-ci il sentyabrın 25-də ölkədə qadınların şəriət qaydaları çərçivəsində seçici və namizəd olaraq 2015-ci il seçkilərinə qatıla biləcəkləri ilə bağlı qərar vermişdi.