Türkiyənin Van vilayətində itkin düşən 10 məmur və bir sürücünün PKK terrorçuları tərəfindən qaçırıldığı məlum olub.
Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Kapıköy sərhəd keçid məntəqəsində qaçırılan 11 şəxsin naməlum istiqamətə aparıldığı bildirilir. Xatırladaq ki, həmin şəxslərin cümə günü işdən sonra şəhər mərkəzinə getdiyi, lakin sonradan onlardan xəbər alınmadığı barədə məlumat yayılmışdı.