PKK İran sərhədində Türkiyənin gömrük müfəttişliyinə hücum edib.
Teleqraf.com Rusiya KİV-nə istinadən bildirir ki, Kapikoy sərhəd məntəqəsində 11 gömrük müfəttişi girov götürülüb.
Türkiyə Baş Qərərgahında terrorçuların Kürd Fəhlə Partiyasına (PKK) aid olduqlarını bildiriblər. Məlumat verilir ki, hücumdan bir müddət sonra müfəttişliyin bir əməkdaşı və bir sürücü azadlığa buraxılıb.