Yəmənin Taiz şəhəri fəlakət bölgəsi elan edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Yəmən hökuməti keçirdiyi fövqəladə iclasda qərar verib. Bildirilir ki, Husiler ilə devrilmiş prezident Əli Abdullah Saleh tərəfdarlarının hücumlarına məruz qalan Taizdə vəziyyət pik nöqtəyə çatıb. Şəhərdə aclıq və xəstəliklər hökm sürür.
Yəmən hökuməti həmçinin şəhərdə qalan vətəndaşların çıxarılması üçün BMT Təhlükəsizlik Şurasına müraciət edib.
Samir