Bal ayı üçün Antalyaya gedən Damla və Gürcan Bacak cütlüyünün olduğu avtomobil dərəyə yuvarlanıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində Gürcan Bacak dünyasını dəyişib, xanımı isə ağır yaralanıb.
Faciəvi qəza Eskişəhər-Kütahya yolunda baş verib. İstanbulda toy edən cütlük bal ayı üçün Antalyaya yola düşüb. 34 yaşlı Gürcan Bacağın idarə etdiyi avtomobil əvvəlcə beton səddə dəyib, sonra isə dərəyə yuvarlanıb. Gürcan hadisə yerindəcə keçinib, 24 yaşlı Damla Ayaq isə ağır yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qəzada ölən Gürcanın və yaralı Damlanın təhlükəsizlik kəmərlərini bağlamadığı məlum olub.
Rüstəm