Qoni qasırğasından sonra Yaponiya elektriksiz qalıb.
Axar.az xarici mətbuata istinadən xəbər verir ki, 20-dən çox insanın müxtəlif dərəcəli xəsarət alması ilə nəticələnən qasırğa 470 mindən çox ailəni elektrik enerjisindən məhrum edib.
Belə ki, Yaponiyanın Fukuoka, Yamuquti və Kumamoto əraziləri boşaldılıb və yerli əhali təhlükəsiz yerlərə evakuasiya olunub.
Qeyd edək ki, qubernator qasırğanın yaxınlaşması ilə əlaqədar yüksək hazırlıq rejiminin tətbiq olunması barədə sərəncam imzalayıb.